Mərkəzi Bank: 3000 manatlıq Polad Həşimov əsginası saxtadır
Sosial şəbəkələrdə yeni 3000 (üç min) manatlıq əsginasın görüntüləri yayılıb.
Crossmedia.az xəbər verir ki, əsginasın bir üzündə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəkli, digər üzündə isə Şuşa qalası əks olunub. Məsələ ilə bağlı Mərkəzi Bankdan bildirilib ki, görüntülər saxtadır.
12:59 11.12.2025
Oxunuş sayı: 1233