Çempionlar Liqası: "Qarabağ" doğma meydanda "Ayaks"a uduzub - Yenilənir
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.
Crossmedia.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı matç qonaqların qələbəsi ilə bitib - 4:2.
Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.
Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib.
"Ayaks"ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubd müəllifi olub.
Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın turnirdə 7 xalı var.
23:35
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda altıncı qol vurulub.
Crossmedia.az-ın məlumatına görə, qonaqlar matçda dördüncü dəfə fərqləniblər - 2:4.
Oskar Qlux 90-cı dəqiqədə dubl müəllifi olub.
23:28
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda beşinci qol vurulub.
Crossmedia.az-ın məlumatına görə, bu dəfə qonaqlar hesabda önə keçib - 3:2.
83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb.
23:25
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda dördüncü qol vurulub.
Crossmedia.az-ın məlumatına görə, qonaqlar yenidən hesabı bərabərləşdiriblər - 2:2.
Oskar Qlux 79-cu dəqiqədə fərqlənib.
22:53
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda növbəti qol vurulub.
Crossmedia.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi yenidən hesabda önə keçib - 2:1.
47-ci dəqiqədə Mateus Silva fərqlənib.
22:50
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci hissə start götürüb.
Crossmedia.az-ın məlumatına görə, hazırda hesab bərabərdir - 1:1.
Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.
22:32
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ilk hissə başa çatıb.
Crossmedia.az-ın məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.
Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.
22:30
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci qol vurulub.
Crossmedia.az-ın məlumatına görə, qonaqlar hesabı bərabərləşdirib - 1:1.
Kasper Dolberq 39-cu dəqiqədə fərqlənib.
21:58
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb.
Crossmedia.az-ın məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb.
21:47
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.
Crossmedia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçı sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu - 36-cıdır.
23:38 10.12.2025
Oxunuş sayı: 1665