"Qarabağ" və "Ayaks" komandalarının start heyətləri açıqlanıb
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda üz-üzə gələcək "Qarabağ" və Niderlandın "Ayaks" kollektivlərinin start heyətləri bəlli olub.
Crossmedia.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina
"Ayaks": Vitezslav Yaroş, Aron Bauman, Yuri Bas (k), Lukas Rosa, Anton Qoei, Şon Styor, Jorti Mokio, Ko İtakura, Raul Moro, Kasper Dolberq, Oskar Qlux.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
21:05 10.12.2025
Oxunuş sayı: 1282