CROSSMEDIA - Ermənistan KTMT sammitində iştirak etməyəcək
Xarici xəbərlər

Ermənistan KTMT sammitində iştirak etməyəcək

Ermənistan 28 noyabrda Astanada keçiriləcək  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməyəcək. 

Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının KTMT-dəki   daimi nümayəndəsi Viktor Vasilyev deyib.

"Erməni tərəfdaşları bu tədbirə iştirakdan imtina ediblər. Lakin onlar qəbul olunması nəzərdə tutulan bütün sənədlərə məhdud formatda qəbul edilməsinə etiraz etmirlər", – deyə o, bildirib. 

28 noyabrda Astanada Xarici İşlər Nazirləri , Müdafiə Nazirləri  və Təhlükəsizlik Şurası Katibləri Komitəsinin birgə iclası keçiriləcək. 

Qeyd edək ki, iştirakçı ölkələr regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. İclasın sonunda bir sıra sənədlər qəbul ediləcək.

Nəzrin Salmanova 

17:27 25.11.2024

Oxunuş sayı: 32962

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR