Azərbaycanın xəbər məkanında liderlik yolu-ARB 24 TV 7 ildir yeni formatda yayımlanır
ARB 24 telekanalının ümumölkə yayımçısı kimi fəaliyyətə başlamasından 7 il ötür. 2017-ci il dekabrın 28-də ARB 24-ə Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə müsabiqənin nəticəsində müddətsiz lisenziya verilib.
Crossmedia.az xəbər verir ki, Telekanal 2018-ci il noyabrın 27-dən ixtisaslaşmış xəbər kanalı kimi ümumrespublika yayımına başlayıb.
Qeyd edək ki, Türkel TV adı ilə Tovuzda yaradılıan telekanal 2016-cı ildə rebrendinq edərək ARB 24 adlandırılıb. 2018-ci ildən isə Bakıya köçərək Full HD formatında yayıma başlayıb. Telekanal 24 saat ərzində tamaşaçılara xəbər buraxılışları, analitik informasiya proqramları və ictimai-siyasi mövzularda sənədli filmlər təqdim edir. ARB 24 Deutsche Welle, Associated Press, Anadolu Ajansı, China Media Group, Ala-Too-24 və Viory kimi nüfuzlu televiziya kanalları və informasiya agentlikləri ilə əməkdaşlıq edir.
14:55 27.11.2025
Oxunuş sayı: 1361