Zelenski vaxt qazanmağa çalışır - ŞƏRH
ABŞ–Ukrayna münasibətlərində hazırda ciddi ziddiyyətlərlə müşahidə olunur. Prezident Donald Tramp administrasiyasının irəli sürdüyü sülh planı Ukraynanın suverenliyi və müstəqilliyi üçün risklər yaradır və Kiyev bu sənədi olduğu kimi qəbul etməyə hazır deyil.
Bunu Crossmedia.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

O bildirib ki, Ukrayna narazılığını müxtəlif addımlarla göstərir və planın bu formada təsdiqlənməyəcəyini bəyan edir: "Ukrayna göstərir ki, maraqlarına uyğun olmayan sənədi qəbul etmək niyyətində deyil və planda dəyişiklik edilməsini vacib hesab edir. Çünki danışıqlar baş tutarsa, ABŞ-nin Kiyevə təzyiqlərinin artacağı gözlənilir. Ukrayna Prezidenti Volodimir Zelenski həm vaxt qazanmağa, həm də mövqeləri yenidən formalaşdırmağa çalışır”.
E.Xalidbəyli vurğulayıb ki, Avropa İttifaqı və digər Avropa ölkələri də Trampın sülh planı ilə razı deyil: "Onlar hesab edirlər ki, sənəd Avropanın təhlükəsizlik maraqlarına ziddir və Rusiyanın regionda daha sərbəst hərbi addımlar atması ehtimalını gücləndirir. Bu səbəbdən Aİ Ukraynaya alternativ sülh sənədi təqdim edib və Kiyevin ABŞ-la sərt danışıqlardan yayınmasına dolayı dəstək verir. Mövcud vəziyyət hələlik qeyri-müəyyəndir. Əgər Rusiya Aİ-nin təklif etdiyi sənədi qəbul etməzsə, Ukrayna da Tramp planını rədd edərsə, müharibənin müəyyən müddət daha davam etməsi real görünür”.
Lalə Rəvəndi
14:53 26.11.2025
Oxunuş sayı: 906