Azərbaycan və İraq FM radio yayımı üzrə protokol imzalayıb
Azərbaycan və İraq arasında FM radio yayımı ilə bağlı protokol imzalanıb.
Crossmedia.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, iki ölkənin nümayəndələri Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində FM radioyayım stansiyalarının koordinasiyasına dair görüş keçirib.
Müzakirələr zamanı 2023-cü ildə Bağdadda imzalanmış Anlaşma Memorandumunun müddəaları nəzərə alınaraq, iki ölkə arasında mövcud və planlaşdırılan FM radioyayım stansiyalarının tezlikləri və digər texniki parametrləri razılaşdırılıb, bununla bağlı protokol imzalanıb, qeyd olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
12:04 21.11.2025
Oxunuş sayı: 1442