Adana şəhərində Azərbaycanın investisiya imkanları təqdim olunacaq
Türkiyənin cənubunda yerləşən Adana şəhərində noyabrın 20-də Azərbaycanın iqtisadi imkanlarına həsr olunmuş tədbir keçiriləcək. Təqdimatın təşəbbüskarları Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Adana Sənaye Palatasıdır (ADASO).
Sakıp Sabancı adına ADASO Konfrans zalında keçiriləcək müzakirələrdə ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədovun, Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyevin, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) nəzdində fəaliyyət göstərən Türkiyə-Azərbaycan Biznes Şurasının rəhbəri Selçuk Akatın, eləcə də Türkiyənin cənub vilayətlərinin sahibkarlarının iştirakı gözlənilir.
07:45 19.11.2025
Oxunuş sayı: 1487