Orban Netanyahunu səfərə dəvət edib
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, İsrail lideri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) verdiyi həbs qərarının icrasından qorxmadan Macarıstana səfər edə bilər.
Crossmedia.az xarici KİV-ə istinadən bildirir ki, dövlət radiosunda danışan Orban əmri səhv adlandırıb və Netanyahunun Macarıstanda tam təhlükəsiz danışıqlar apara biləcəyini vurğulayıb.
Gültac Mehdizadə
09:42 22.11.2024
Oxunuş sayı: 4127