Aİ Türkiyəyə hərbi müşavir təyin etdi: İkitərəfli əlaqələrdə nə baş verir?
Avropa İttifaqı (Aİ)ilk dəfə olaraq Türkiyədəki nümayəndəliyinə hərbi müşavir göndərib. Bu barədə mənbələr “Middle East Eye”a bildirib. Bildirilib ki, Aİ bu ayın əvvəlində Türkiyədə fəaliyyət göstərən missiyasına tarixində ilk dəfə hərbi müşavir təyin etmək qərarına gəlib.Qeyd olunub ki, Rusiya-Ukrayna münaqişəsindən sonra Avropa İttifaqı Türkiyə ilə hərbi sahədə əməkdaşlığı gücləndirməyin yollarını axtarır.
Bu, Türkiyəyə təşkilata üzvlük istiqamətində yandırılan "yaşıl işıq" kimi qiymətləndirilə bilərmi?

Mövzu barədə Crossmedia.az-a danışan politoloq Rufiz Hafizoğlu bildirib ki, uzunmüddətli durğunluqdan sonra Avropa və Türkiyə arasında olan bu dəyərləndirməni çox yüksək qiymətləndirmək olar: "Amma sual yarana nə üçün məhz Yaxın Şərqdə baş verən hadisələrdən sonra Aİ belə bir hərbi əməkdaşlıq çərçivəsində müqavilə imzaladı? Bunun cavabı əslində çox sadədir: bu, hazırda Türkiyənin Yaxın Şərqdə artan rolunu bir daha təsdiqləyir. Məsələ ondan ibarətdir ki, bu gün Yaxın Şərq çox ciddi böhranların və ciddi dəyişikliklərin baş verə biləcəyi bir regiondur. Və bu bölgədə ən güclü, dayanıqlı ölkələrdən biri məhz Ankaradır. Digər tərəfdən, Türkiyənin Ukrayna məsələsinə təsiri, Türkiyə–Rusiya münasibətləri bu kontekstdə çox önəmlidir. Yəni Ankaranın hazırda bölgədə, xüsusən də Rusiya–Ukrayna münasibətlərində oynadığı rol və NATO-nun ən güclü üzvlərindən biri kimi belə bir addımın atılması təqdirəlayiqdir. Amma düşünürəm ki, bu son deyil".
Fatimə Eynullazadə
17:28 14.11.2025
Oxunuş sayı: 1875