Azərbaycanlı əlilliyi olan gənclər Türkiyədə sosial layihədə iştirak ediblər
Türkiyədə fəaliyyət göstərən "Engelli Eğitim Kültür Sağlık Spor Vakfı " tərəfindən həyata keçirilən “ Engelsiz Gülümse” və “ Engelsiz Hayat” layihələri çərçivəsində Azərbaycandan gələn əlilliyi olan gənclər və onların valideynləri mühüm sosial tədbirdə iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, layihə, əlilliyi olan şəxslərin sosial inteqrasiyasını gücləndirmək, onların həyat keyfiyyətini artırmaq və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək məqsədini daşıyır.
Azərbaycanı bu layihədə 6 əlilliyi olan gənc və onların valideynləri təmsil edir. Bu layihədə iştirak edərək, müxtəlif fəaliyyətlərdə təcrübələrini bölüşüblər, yeni bacarıqlar öyrəniblər və Antalyanın tarixi yerli mədəniyyətləri dəyərləri ilə tanış olublar. Layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir və iştirakçılara həm sosial, həm də mədəni və mənəvi dəyərləri ilə tanış olma imkan yaradır. Bu da onların inkişafına çox gözəl təsir edir.
Azərbaycandan gələn əlilliyi olan şəxslər Sosial Dəstək İctimai Birliyin üzvləridir.
8 noyabr Zəfər Günü və 9 noyabr Bayraq Günü burada "Engelli Eğitim Kültür Sağlık Spor Vakfı" ve "Antalya Azerbaycan Kültür ve Dayanışma Derneği" tərəfindən birlikdə qeyd olunub.
Layihə əlilliyi olan şəxslərin ictimai həyatda iştirak imkanlarını artırmaqla onların özünə inamını möhkəmləndirib və iki ölkə arasında əməkdaşlığın güclənməsinə şərait yaradıb.
Türkanə Məşədiyeva
10:01 11.11.2025
Oxunuş sayı: 4444