CROSSMEDIA - Baydendən Ukraynaya jest: "Borcları silək"
Xarici xəbərlər

Baydendən Ukraynaya jest: "Borcları silək"

ABŞ prezidenti Cozef Baydenin administrasiyası Konqresə Ukraynanın borcundan 4,65 milyard dollar silməyi planlaşdırdığı barədə məlumat verib.

Crossmedia.az bu barədə "Bloomberg"ə istinadla xəbər verir.

Bu məbləğ ABŞ-nin aprel ayında təsdiqlənmiş 60 milyard dollarlıq əlavə yardım paketinin bir hissəsi olaraq Ukraynaya verdiyi 9 milyard dollar kreditin yarısıdır.

Dövlət Departamenti hesab edir ki, borcun silinməsi “Ukraynanın qalib gəlməsinə kömək edəcək və ABŞ-nin və onun Aİ, G7+ və NATO-dakı tərəfdaşlarının milli maraqlarına uyğundur”,-deyə məlumatda qeyd olunub.

08:22 21.11.2024

Oxunuş sayı: 6040

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR