Azərbaycanlı jurnalistlər "Khiva Gilam Kombinati"nda olublar
Azərbaycanın mətbuat nümayəndələri Özbəkistana təşkil olunmuş media-tur çərçivəsində "Khiva Gilam Kombinati "xalça istehsalı müəssisəsini ziyarət ediblər.
Crossmedia.az xəbər verir ki, əsası 1977-ci ildə qoyulmuş kombinat Özbəkistanın ən böyük xalça istehsalı müəssisələrindən biridir.
Zavod təxminən 11,8 hektar ərazidə yerləşir, istehsal obyektləri təxminən 4,7 hektar sahəni əhatə edir.
Müəssisədə ildə 2,2 milyon kvadratmetrə yaxın xalça məhsulları istehsal edilir.
Məhsullar Azərbaycana, Rusiyaya, Almaniyaya və Çinə ixrac olunur.
Jurnalistlər istehsal prosesi, müasir avadanlıqlar, eləcə də hazır xalçaların nümayiş olunduğu "şou-rum"la tanış olublar.(Report)
18:17 05.11.2025
Oxunuş sayı: 955