CROSSMEDIA - Zelenski narahatdır: ABŞ dəstəyi dayandırsa...
Xarici xəbərlər

Zelenski narahatdır: ABŞ dəstəyi dayandırsa...

Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-ın maliyyə dəstəyini dayandıracağı təqdirdə ölkəsinin müharibəni uduzacağını bildirib.

Zelenski Fox News-a müsahibəsində Vaşinqtonun, Ukraynanın əsas hərbi dəstəkçisi olduğunu vurğulayıb və bu dəstəyin kəsilməsinin çox təhlükəli nəticələrə səbəb olacağını qeyd edib: "Avropa və ABŞ arasında birliyin qorunması bizim üçün həyati əhəmiyyət daşıyır."

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müharibələrdə iştirakdan imtina edərək vəsaitləri daxili problemlərin həllinə yönəltməyi vəd edib. O, Rusiya-Ukrayna münaqişəsini 24 saat ərzində dayandıracağını desə də, bunun detalları barədə danışmayıb.

"Əgər yardım dayandırılsa, biz mübarizəmizi davam etdirəcəyik, lakin resurslarımız qələbə və ya sağ qalmaq üçün kifayət etməyəcək," – deyə Zelenski əlavə edib.

Trampın Putinə təsir edə biləcəyi ilə bağlı suala isə belə cavab verib: "Bəli, çünki ABŞ Prezidenti Putinlə müqayisədə daha güclüdür və enerji qiymətlərini də azalda bilər."

ABŞ-da bir çox Respublikaçılar Ukraynaya yardımı dayandırmaq mövqeyindədir. Prezident Trampın vitse-prezidenti olacaq senator JD Vance Ukraynaya silah göndərilməsinə qarşı çıxır və ABŞ-ın istehsal imkanlarının kifayət qədər olmadığını qeyd edib.

Eyni zamanda, Respublikaçı seçicilərin əksəriyyəti ABŞ-ın Ukraynanı dəstəkləmək öhdəliyi daşımadığını düşünür.

Digər tərəfdən, Ukrayna ABŞ-dan aldığı uzun mənzilli raketləri ilk dəfə Rusiya ərazisinə atıb. ABŞ Prezidenti Co Bayden isə Ukraynaya piyada əleyhinə minalar göndərilməsi qərarını təsdiqləyib.


Elnurə Kərimova

15:03 20.11.2024

Oxunuş sayı: 6906

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR