Milli Məclisin deputatı Nigar Məmmədova Crossmedia.az-ı bir yaşı münasibətilə təbrik edib
CrossMedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunur. 1 yaş münasibətilə redaksiyaya təbriklər daxil olmağa davam edir.
Milli Məclisin deputatı Nigar Məmmədova Crossmedia.az-a təbrikində deyib: "Crossmedia.az analitik informasiya portalının fəaliyyətinin 1 ili münasibətilə təbrik edirəm. Portal qısa müddətdə qarşıya qoyduğu hədəflərə çatıb deyə bilərəm. İnformasiya axınını daha səmərəli, dəqiq və əhatəli şəkildə idarə edərək, oxuculara ən son xəbərləri, eləcə də dərin analitik məlumatları təqdim etməkdədir.
Etiraf etməliyik ki, rəqəmsal media dünyasında informasiyanın düzgün şəkildə analiz edilməsi və auditoriyaya operativ, dəqiq çatdırılması kifayət qədər çətindir. Lakin "Crossmedia" bunun öhdəsindən gələ bilir. Peşəkar komanda tərəfindən baş verən hadisələrin obyektiv qiymətləndirilməsi geniş oxucu auditoriyası tərəfindən də rəğbətlə qarşılanır. Saytın yaradıcı heyəti müxtəlif jurnalist janrlarından istifadə edən istedadlı mütəxəssislərdən ibarətdir ki, bu da onlara ölkənin və dünyanın sosial, siyasi, iqtisadi həyatının aspektlərini maraqlı şəkildə çatdırmaq imkanı verir. Crossmedia həm də multikanallı informasiya inteqrasiyasını təmin etməklə fərqlənir. Keyfiyyətli jurnalistika nümunəsi sərgiləyən Crossmedia kollektivinə firavanlıq, yaradıcı inkişaf və daim genişlənən oxucu auditoriyası arzulayıram. Qələminiz hər zaman iti olsun”.
Günel Verdiyeva
12:56 03.11.2025
Oxunuş sayı: 1598