Politoloqdan təbrik: Crossmedia.az milli media məkanında özünəməxsus imza yaradıb
Crossmedia Analitik İnformasiya Portalının fəaliyyətə başlamasının bir ili tamam olur. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunacaq. İldönümü ərəfəsində redaksiyamıza təbriklər gəlməyə davam edir.
Politoloq Aytən Qurbanova Crossmedia.az-ın bir yaşı ilə bağlı fikirlərini bölüşüb:
“Bu gün Crossmedia.az xəbər portalının fəaliyyətə başlamasından bir il ötür. Heç şübhəsiz ki, bu qısa müddət ərzində “Crossmedia” özünü analitik yanaşması və obyektiv mövqeyi ilə fərqləndirməyi bacarıb. Düşünürəm ki, müasir media məkanında informasiyanın çoxluğu fonunda dəqiqlik, balanslı yanaşma və analitik baxış bucağını qorumaq böyük peşəkarlıq tələb edir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Crossmedia.az komandası bu sahədə nümunəvi fəaliyyət göstərərək etibarlı informasiya mənbəyi imicini formalaşdırmağa müvəffəq olub.Həmçinin bir illik fəaliyyət dövründə sayt yalnız xəbər yayımı ilə kifayətlənməyərək ictimai-siyasi proseslərin dərin təhlilinə və faktlara əsaslanan analitik şərhlərə geniş yer verib. Bununla da “Crossmedia”-nın milli media məkanında özünəməxsus imza yaratdığını əminliklə ifadə etmək olar.Bu münasibətlə əziz “Crossmedia” komandasını səmimi qəlbdən təbrik edir və onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıram”.
Fatimə Hacıəliyeva
17:48 02.11.2025
Oxunuş sayı: 7413