Crossmedia.az yarandığı gündən etibarən obyektiv və qərəzsiz olmağa çalışıb - Oxu.az
Crossmedia.az analitik informasiya portalının fəaliyyətə başlamasından bir il ötür.
Portal 2024-cü il noyabrın 1-də təsis olunub, qısa müddətdə özünəməxsus analitik üslubu, obyektiv informasiya təqdimatı və müasir media prinsiplərinə sadiqliyi ilə informasiya məkanında yer tuta bilib. Saytın əsas məqsədi cəmiyyət üçün düzgün, dəqiq və düşünülmüş informasiya axını yaratmaq, oxuculara təhlil və fikir mübadiləsi üçün platforma təqdim etməkdir.
Crossmedia.az yarandığı gündən etibarən obyektiv və qərəzsiz olmağa çalışıb. Dövlət və dövlətçiliklə bağlı məsələləri, o cümlədən Prezident İlham Əliyevin səfər, görüş və çıxışlarını işıqlandırmağı prioritet olaraq müəyyənləşdirib. Bu baxımdan portaldakı "Prezident gündəliyi" bölməsi xüsusi qeyd edilməlidir.
Analitik informasiya portalı öz fəaliyyətində təhlili və araşdırma materialların dərcinə xüsusi yer verir. Bu baxımdan "Cross Media" Təhlil Mərkəzinin analitikləri saytda müntəzəm olaraq cəmiyyəti maraqlandıran siyasi, geosiyasi, iqtisadi, sosioloji mövzularla bağlı araşdırma və təhlillərlə çıxış edirlər.
Crossmedia.az kollektivi həm də orijinallığını qorumağa çalışır. Saytdakı maraqlı rubrikaları - mediaya həsr olunan "Mətbuat-150", qələbəmizi təqdim edən "Zəfər-5", o cümlədən "Yüksəliş" müsabiqəsinin qalibləri ilə müsahibələri ehtiva edən ""Yüksəliş" hekayəsi", həmçinin "Dünya iqtisadiyyatı və Azərbaycan", "Doktor danışır" layihələri bu baxımdan səciyyəvidir.
Crossmedia.az sosial media platformalarında fərqli kontentlərlə çıxış edir.
Crossmedia.az, həmçinin, Milli Məclisin deputatları, partiya sədrləri, ictimai xadimlər və müxtəlif sahə üzrə ekspertlərlə mütəmadi əməkdaşlıq edərək, informasiya ilə yanaşı, müsahibə, açıqlama, rəyləri də təqdim edir.
Crossmedia.az-nın özəlliklərindən biri də gənc jurnalist nəslinin yetişməsinə töhfə verməsidir. Qələm tutmağı burada öyrənən gənclər artıq peşəkar media təmsilçisi kimi imzalarını tanıtmaqdadırlar.(Oxu.az)
15:08 01.11.2025
Oxunuş sayı: 1554