“Crossmedia.az”ın fəaliyyəti təqdirəlayiqdir - Deputat
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunur. 1 yaşımız münasibətilə redaksiyamıza təbriklər daxil olmağa davam edir.
Milli Məclisin deputatı Azər Badamov bu münasibətlə kollektivimizi təbrik edib:
“Müasir dövrdə informasiya əldə etmək çətin deyil, asan məsələdir. Hətta bəzən informasiya bolluğu lüzumsuz çoxluq, bulanıqlıq da yaradır. Önəmli olan etimad duyulan media qurumu yaratmaq və tapmaqdır. Bu baxımdan deyə bilərik ki, “Crossmedia.az”ın fəaliyyəti təqdirəlayiqdir. Bu media qurumu xəbər başlıqlarını ayrı-ayrı seqmentlər üzrə bölməklə oxucunun istədiyini vermək şansı təqdim edir. Hətta baxış sayına görə də kifayət qədər auditoriyası olduğunu görürük. Son zamanlar daha da artan rəqabət mühitində buna nail olmaq çətin məsələdir. Deməli, kifayət qədər gərgin əmək sərf edilir. Mediaya hakimiyyətin dördüncü qolu da deyirlər. Cənab Prezident İlham Əliyev hər zaman üzünü media qurumlarına tutaraq deyir ki, baş verənləri işıqlandırın, dövlət başçımız bu yolda mediaya etimad göstərir ki, cəmiyyətdə şəffaflıq olsun. Buna görə media qurumları da ali etimadı doğrultmalıdır. İnformasiya savaşı bəzən olduqca aqressiv formada özünü büruzə verir. Bu anlamda media resursları cəmiyyəti xaosdan, məqsədli kampaniyalardan qoruyub ona obyektivliyi görməyə şərait yaratmalıdır. Crossmedia.az saytının 1 yaşı tamam olmasına baxmayaraq onun Azərbaycan media məkanında artıq özünəməxsus yer tapdığını görürük. Sayt ilə deputat olaraq mən də əməkdaşlıq edirəm. Peşə etikasına görə saytın kollektivini, əməkdaşlarını yüksək dəyərləndirirəm. Məhz bu fəaliyyəti, qazandıqları hərtərəfli etimadı saxlamaq yolunda onlara silsilə uğurlar arzu edirəm”.
Ayhan
12:34 01.11.2025
Oxunuş sayı: 6645