Crossmedia.az-ın "Prezident gündəliyi" bölməsi diqqəti cəlb edir - Mətbuat.az-dan təbrik
Crossmedia.az Analitik İnformasiya Portalının bir yaşı tamam olur. 2024-ci noyabrın 1-də təsis olunan portal qısa müddət ərzində özünəməxsus analitik üslubu, obyektiv informasiya təqdimatı və müasir media prinsiplərinə sadiqliyi ilə seçilərək informasiya məkanında yer tutmağa nail olub.
Crossmedia.az fəaliyyətə başladığı gündən etibarən dövlət və dövlətçiliklə bağlı məsələləri, o cümlədən Prezident İlham Əliyevin səfər, görüş və çıxışlarını, fərman və sərəncamlarını işıqlandırmağı prioritet olaraq müəyyənləşdirib. Bu baxımdan portaldakı "Prezident gündəliyi" bölməsi xüsusi qeyd edilməlidir. Sayt Prezident İlham Əliyevin çıxışlarındakı məqamları, tezis xarakterli fikirlərin geniş təhlilini və araşdırmasını təqdim edir. Ölkə başçısının verdiyi açıqlamalar və onların cəmiyyətə düzgün, obyektiv şəkildə çatdırmaq saytın əsas istiqamətlərindən biridir.
Qalib xalqın müzəffər Ali Baş komandanı İlham Əliyevin Vətən mühraibəsində qalibiyyətdən sonra regionda və dünyada yaratdığı reallığı düzgün şəkildə təqdim etmək saytın əsas prioritetlərindəndir.
Həmkarlarımızı 1 yaş münasibətilə təbrik edir, onlara bu geniş fəaliyyətlərində uğurlar arzu edirik!(Mətbuat.az)
12:33 01.11.2025
Oxunuş sayı: 1883