YAP Yasamal Rayon Təşkilatı Crossmedia.az-ı təbrik edib
“Crossmedia.az” xəbər portalının fəaliyyətə başlamasından bir il ötür. Bu müddət ərzində portal cəmiyyətin informasiya məkanında özünəməxsus yeri olan, operativ, dəqiq və obyektiv xəbərləri ilə oxucuların etimadını qazanmış nüfuzlu media platformasına çevrilib. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının kollektivi olaraq, “Crossmedia.az” komandasını bu əlamətdar yubiley münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Portalın yaradıcı heyətinə gələcək fəaliyyətlərində yeni nailiyyətlər, geniş oxucu auditoriyası və daha böyük uğurlar arzulayırıq. Müstəqil Azərbaycanın inkişafı, dövlət siyasətinin təbliği və milli dəyərlərin qorunması istiqamətində göstərilən peşəkar fəaliyyət təqdirəlayiqdir. Media məkanında sözün məsuliyyətini və həqiqətin gücünü qorumaq kimi ali prinsiplərə sadiq qalmağınız xüsusi dəyərə malikdir.
Əminik ki, “Crossmedia.az” gələcək illərdə də informasiya cəbhəsində dövlətçilik maraqlarına xidmət edən nüfuzlu bir tribuna olaraq fəaliyyətini daha da genişləndirəcək. Peşəkarlıq, vətənpərvərlik və ictimai məsuliyyət prinsipləri ilə formalaşan bu media orqanı cəmiyyətin inkişafına layiqli töhfələr verməyə davam edəcək. Yaradıcılıq enerjiniz, prinsipial mövqeyiniz və həqiqətə sədaqətiniz daim bol olsun. Bir daha səmimi təbriklərimizi çatdırır, uğurlarınızın davamlı olmasını arzulayırıq.
Ən xoş arzularla YAP Yasamal rayon təşkilatı
11:12 01.11.2025
Oxunuş sayı: 2085