Crossmedia.az media məkanında özünə inamlı və maraqlı bir yer qazanıb - Deputat
 
                                            Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 yaşı tamam olur. İldönümü ərəfəsində redaksiyamıza təbriklər artıq daxil olmağa davam edir.
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Crossmedia.az-ın 1 yaşı münasibəti ilə öz fikirlərini bölüşüb:
"Sizləri saytınızın bir illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm! Bir il həm qısa, həm də böyük bir yol deməkdir. Bu müddət ərzində siz media məkanında özünüzə inamlı və maraqlı bir yer qazanmısınız, oxuculara dolğun, dəqiq və aktual məlumat təqdim etməklə peşəkarlıq nümunəsi göstərmisiniz.
İnanıram ki, Crossmedia.az yaradıcılıq, yenilik və cəsarətli layihələr ilə yoluna davam edəcək, oxucularını daim sürprizlərlə sevindirəcək. Sizə daha böyük uğurlar, yeni zirvələr və geniş oxucu auditoriyası arzulayıram.
Bir yaşınız mübarək olsun daha çox il, daha çox uğur, daha çox ilham dolu layihələrlə dolu olsun".
Elmir Heydərli
14:17 31.10.2025
Oxunuş sayı: 1997
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        