Millət vəkilindən təbrik: Crossmedia.az geniş auditoriya rəğbəti qazanıb
 
                                            Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunacaq. İldönümü ərəfəsində redaksiyamıza təbriklər artıq daxil olmağa davam edir.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev də bu münasibətlə kollektivimizi təbrik edib: “Crossmedia.az xəbər portalının peşəkar və yaradıcı kollektivinin üzvləri, Sizləri Crossmedia.az saytının yaranmasının birinci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı ünvanlayırıq.
Bu gün “Crossmedia.az” xüsusi mövqeyə malik informasiya portalı olmaqla, keçən müddət ərzində mühüm yerli və qlobal problemlər haqqında operativ, dəqiq xəbərlər yayımı, eləcə də işıqlandırılan analitik materiallarla geniş auditoriya rəğbəti qazanmışdır.
İnanırıq ki, bundan sonra da Azərbaycanın informasiya məkanında öz dəst-xəttinizi layiqincə davam etdirərək Prezident İlham Əliyevin dövlətimizin inkişafı naminə gördüyü işləri, azərbaycançılığın və vətənpərvərliyin daha da gücləndirilməsi istiqamətində uğurlu inkişafımızı təbliğ etməklə ölkəmizin tərəqqisi naminə səy və bacarıqlarınızı əsirgəməyəcəksiniz.
Bir daha təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar diləyirik.
Kənan Novruzov
10:30 31.10.2025
Oxunuş sayı: 2388
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
        