Crossmedia.az ictimai-siyasi fikir həyatımızda özünəməxsus baxış bucağı yaradıb - Deputat
 
                                            Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunacaq. İldönümü ərəfəsində redaksiyamıza təbriklər artıq daxil olmağa davam edir.
Milli Məclisin deputatı Elnarə Akimova söyləyib ki, bugünkü xəbər bolluğu, sayt polifonizmi içində seçilmək, öz sözü və mövqeyi ilə meydanda olmaq asan iş deyil: “Bir ildir ki, fəaliyyət göstərən “Crossmedia.az” saytı bunu bacarıb. Yalnız cəmiyyətin informasiya ehtiyaclarını ödəməyə, operativ və qərəzsiz xəbərlərlə auditoriya toplamağa çalışmayıb, həm də etimad qazanmağı prioritetə çevirib. Bu etimadı dövlətçilik ruhunun qorunması, dürüst ideoloji mövqe sərgiləməsi, gündəm ardınca qaçmaqla deyil, mahiyyətə və real əməli mündəricəyə köklənməklə gerçəkləşdirib. Maraqlı layihələr, müsahibə və mətnlərlə ictimai-siyasi fikir həyatımızda özünəməxsus baxış bucağı yaradıb. Daim əməkdaşlıq etdiyim “Crossmedia.az” saytını təbrik edir, sonrakı fəaliyyətlərində də davamlılıq və uğurlar arzulayıram!”.
Kənan Novruzov
10:00 31.10.2025
Oxunuş sayı: 2406
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
        