Üçüncü dünya müharibəsi üçün zəmin: İlk addımı Fransa atacaq?
Kremlin sözçüsü Dmitri Peskov Fransanın Ukraynaya qoşun yeritməyə hazırlaşması ilə bağlı açıqlama verib. O bildirib ki, Rusiya ordusu Ukrayna ərazisindəki bütün xarici hərbi qüvvələri məhv edir. Bu bəyanat Qərblə Moskva arasında gərginliyin artdığı bir vaxtda səslənib və Avropada müharibənin coğrafiyasının genişlənə biləcəyi ilə bağlı yeni müzakirələrə səbəb olub.
Peskovun səsləndirdiyi fikirlər barədə politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az -a açıqlama verib :

“Şərqi Avropadakı müharibənim gedişatında Fransa qoşunlarını Ukraynaya göndərməsinə hazırda ehtiyac yoxdur . Çünki Ukrayna qoşunları silahlarla təchiz olunur və kifayət qədər hazırlıqlıdır. Rusiya qoşunlarının genişmiqyaslı hücumlarının qarşısını almağa qadirdir. Təbii ki, Fransa qoşunları göndərilərsə, bu, Rusiyayla birbaşa döyüşlərə girmək demək olmayacaq. Rusiya genişmiqyaslı hücumlarını effektiv şəkildə davam etdirərsə və müəyyən irəliləyiş əldə edib Kiyevə çatarsa, o halda Fransa ilə yanaşı, Böyük Britaniya, Almaniya, Polşa da Ukraynaya qoşun göndərə bilər. Amma hazırkı mərhələdə bu baş vermir. Təbii ki, Rusiya belə bir halda deyəcək ki, mən onları vuracam, çünki onlar mənim hədəfimdir.
Palitoloq, həmçinin qeyd edib ki, bu baş verərsə, artıq Avropa ilə Rusiya arasında birbaşa toqquşma olacaq: "Bu üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Düşünmürəm ki, Avropa, və Rusiya belə bir eskalasiyaya getmək istəsin".
Fərhad Musayev
20:41 29.10.2025
Oxunuş sayı: 1667