İstanbul Arbitraj Mərkəzi azərbaycanlı arbitrajları öz işinə cəlb edəcək
İstanbul Arbitraj Mərkəzi Bakı Arbitraj Mərkəzini hər zaman dəstəkləyəcək.
Crossmedia.az xəbər verir ki, bunu İstanbul Arbitraj Mərkəzinin rəhbəri Ziya Akıncı Bakı Arbitraj Mərkəzinin açılışı ilə bağlı keçirilən beynəlxalq tədbirdə deyib.
O bildirib ki, təcrübə ilə bağlı azərbaycanlı arbitrajları İstanbulda öz işlərinə cəlb edəcəklər:
"Biz Bakı Arbitraj Mərkəzi ilə əməkdaşlıq memorandumu imzalamağı təklif edirik. İstanbul Arbitraj Mərkəzi 10 ildir fəaliyyət göstərir. İldə ən azı 250 mübahisəli məsələni həll edir. Arbitraj institutu ən əsası özünü müstəqil saxlamağa məcburdur. Biz müstəqilliyimizi qoruyacağıq".
13:33 24.10.2025
Oxunuş sayı: 1550