Cahangir Məmmədli: Avropa ölkələri bizə yalan deyirmiş…

Yerli media xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi çərçivəsində keçirilən "Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində" mövzusunda panel sessiyada deyib ki, müasir texnologiyalar jurnalistikaya da təsir edir: "Biz də jurnalistlərin yeni media mühitinə uyğunlaşması üçün tədbirlər görürük. MEDİA jurnalistlər üçün ildə 2 dəfə müsabiqə elan edir. Vətən müharibəsi, Qarabağın dirçəlişi bu müsabiqələrin, həmçinin Azərbaycan mediasının əsas mövzusudur".
Məlum olduğu kimi, müasir jurnalistikada yeni dinamikalar müşahidə olunur. Mediadakı trendlər hər gün yenilənir, dəyişilir. Gələcəyin jurnalistindən tamamilə fərqli bacarıqlar tələb olunacaq. Ümumiyyətlə, gələcəkdə jurnalistə ehtiyac qalacaqmı?
Professor Cahangir Məmmədli bu barədə Crossmedia.az-a açıqlamasında bildirib ki, müasir jurnalistlər yeni yaranan media texnologiyalarına bələd olmalıdırlar: ‘’İkinci növbədə ixtisaslaşmalıdırlar, yəni hər orta məktəbi qurtaran, hər hansı bir universiteti qurtaran amma jurnalistikanın etik normalarından, peşə etikasından, yaradıcılıq prinsiplərindən xəbəri olmayan adamlar bu dəqiqə sayt düzəldirlər, sosial şəbəkədə nə istəyirlər yazırlar. Azərbaycanda demokratiya var və bundan süni istifadə edilir. Yəni jurnalistlər yaradıcılıq prinsiplərinə bələd olmalıdırlar və yeni yaradıcılıq prinsiplərinə uyğunlaşmalıdırlar. Süni intelektdən tutmuş yeni texnologiyaya qədər hər şeydən xəbərdar olmalıdırlar. Ən vacib məsələlərdən biri budur”.
“Qərb ölkələrində belə bir fikir var ki, jurnalist əvvəlcə jurnalistdir, sonra vətəndaşdır. Sonra gördük ki, Qərb, Avropanın ölkələri bizə yalan deyirmiş. Özləri əvvəlcə vətəndaşdırlar, sonra jurnalist. Məndə deyirəm ki, biz əvvəlcə vətəndaş olmalıyıq, sonra jurnalist. Çünki elə coğrafi yerdə yerləşirik ki, hər tərəfimiz düşmənlə doludur. Ona görə də ancaq Vətən, vətən, vətən. Jurnalist bu vətəndaşlıq, Azərbaycançılıq ideyalarından qətiyyən uzaqlaşmamalıdır. Azərbaycan mətbuatının klassik nümunələrin öyrənməklə Azərbaycançılığı qorumaq olar. Əvvəl öyrəndiyimiz Avropa mətbuatı, qaydaları idi. Bu gün bizim öyrənc yerimiz klassik jurnalistikamızdır. Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluza əsl jurnalistdirlər, əsl vətəndaşdırlar, hətta jurnalistikadan qabaq bütün yaradıcılıqları Azərbaycana, onun demokratik inkişafına həsr edən insanlardırlar. Yeni texnologiyalar bizi aldatmamalıdır. Biz klassik jurnalistikamıza söykənməliyik’’.
Zeynəb Xuduyeva
21:36 16.10.2025
Oxunuş sayı: 952