Agentlik rəsmisi: Qarabağ və onun dirçəlişi ilə yazılmış əsərlər böyük əhəmiyyət kəsb edir

Qarabağ və onun dirçəlişi ilə yazılmış əsərlər böyük əhəmiyyət kəsb edir.
Crossmedia.az xəbər verir ki, bu fikri "Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilim müstəvisində" mövzusunda keçirilən panel görüşdə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehralıyeva bildirib.
O, Qarabağ və onun dirçəlməsi barədə geniş hekayələrin yazıldığını və buna böyük dəstək göstərildiyinu qeyd edib:
"Qarabağ və onun dirçəlməsi ilə bağlı yazılan hekayələrə olan maraq çox böyükdür və bu qürurverici haldır".
Natiq, həmçinin Qarabağ hekayəsini, bu kimi addımları strateji kommunikasiya kimi qiymətləndirməli olduğumuzu bildirib: "Qeyd edim ki, biz bu məsələlərə strateji kommunikasiya olaraq yanaşmalıyıq və qarşı tərəfdə bi bu işləri həyata keçirərkən ciddi maraq yaratmalıyıq" - deyə o qeyd edib.
Elmir Heydərli
13:36 15.10.2025
Oxunuş sayı: 1155