Makrondan geri addım: Fransa Azərbaycanın yaratdığı reallıqlarla barışmalı oldu - Deputat

Fransa Prezidenti Emmanuel Makron
Kopenhagendə azərbaycanlı jurnalistlərə verdiyi müsahibədə bildirib ki, Azərbaycan
və Ermənistan arasında sülh sazişi yaxın vaxtlarda imzalanacaq. Prezident
vurğulayıb ki, görüşlərin nəticələrinə əsasən, paraflanmadan sonra sülh
sazişinin tam imzalanması və region ölkələri ilə münasibətlərin tam
normallaşması üçün bütün zəruri addımlar atılacaq. Bu isə Azərbaycan-Ermənistan
münasibətlərində yeni mərhələnin başlanğıcını işarə edir.
Mövzu ilə bağlı Milli Məclisin
deputatı Nəsib Məhəməliyev Crossmedia.az-a bildirib ki, Makronun “Azərbaycanla
Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağı barədə ümidvar
olduğunu” deməsi Fransa prezidentinin Azərbaycanın yaratdığı reallıqlarla
hesablaşdığını göstərir.
Deputat qeyd edib ki, indiyə qədər Fransa Cənubi
Qafqaz siyasətində səhvlərini etiraf etməli oldu: “Makron gördü ki, Fransa erməni
diasporunun, lobbi təşkilatlarının, şəxsi cəhdlərinə baxmayaraq, Paşinyan
Prezident İlham Əliyevin təşəbbüslərini dəstəklədi, Makron yox, cənab
Prezidentin yanında yer aldı. Bütün bunlar birbaşa cənab Prezidentin apardığı
siyasətin qələbəsidir”.
N.Məhəməliyev əlavə edib ki, hazırkı
mərhələdə Fransanın və ya digər Avropa dövlətlərinin vasitəçiliyinə ehtiyac
yoxdur: “Vasitəçilər 30 il ərzində heç bir ciddi nəticə əldə etmədilər. Hazırda
biz Ermənistanla demək olar ki, bütün məsələlərdə anlaşırıq. Vaşinqtonda sülh
müqaviləsinin mətni paraflanıb və Azərbaycan, Ermənistan parlamentləri tərəfindən
müsbət qiymətləndirilib. Üçüncü tərəflərin prosesə ciddi təsiri ola bilməz”.
Mehriban Yariyeva
19:29 03.10.2025
Oxunuş sayı: 1806