Rusiya, İran və Türkiyə arasında ittifaq yarana bilər - Ekspert

ABŞ və Türkiyə arasında F-35 qırıcıları ilə bağlı müzakirələr uzun müddətdir davam edir. Türkiyə bu proqramın əsas iştirakçılarından biri olub və milyardlarla dollar ödəyib. Lakin S-400 hava hücumundan müdafiə sistemi alındıqdan sonra ABŞ Ankaranı layihədən uzaqlaşdırdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə dəfələrlə bildirib ki, F-35-lərin pulu ödənilib və bu proses nəzarətdə saxlanılır. Bu açıqlama, Ankara ilə Vaşinqton arasında danışıqların hələ də davam etdiyini göstərir. Məsələ həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir. Türkiyənin müasir hava qüvvələrinin gücləndirilməsi üçün F-35-lər strateji rol oynaya bilər. Digər tərəfdən bu silahların Türkiyəyə verilməsi ilə bağlı ziddiyyətli nüasnlar çoxdur.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlama verib: “Böyük ehtimalla F-35-lər Türkiyəyə veriləcək. Bununla bağlı müzakirələr də gedir. ABŞ və Türkiyə arasında məsələ ilə bağlı razılığın əldə olunması ilə bağlı da xəbərlər var. Bu məsələ Türkiyənin Yaxın Şərqdəki mövqeyi ilə bağlı olacaq. Çünki Trampın Qəzza ilə bağlı planları var. Bir komissiya yaratmaq və bu komissiyanın qəza bölgəsinə rəhbərlik etməsilə bağlı fikir mübadiləsi aparılır. Bura HƏMAS-ın tərki-silah edilməsi ilə bağlı müzakirələr də daxildir. Nəzərə alaq ki, HƏMAS-a güclü dəstək verənlərdən biri də Türkiyədir. ABŞ-nin bu məsələdə istəyi Türkiyənin ona dəstək verməsidir. Əgər bu dəstək təmin edilərsə F-35-lər də veriləcək. Burdakı digər mühüm məsələ odur ki, bundan sonra Türkiyə və ABŞ münasibətləri hansı spektrda inkişaf edəcək. Çünki Türkiyənin Şərq bloku ilə münasibətləri də kifayət qədər istidir. Rusiya və Çinlə Türkiyə arasında çox sıx münasibətlər var. Hətta bu yaxınlarda Dövlət Baxçalı açıqlama vermişdi ki, Rusiya,İran və Türkiyə arasında ittifaq yarana bilər. Belə olan zaman ABŞ-nin əsas silahı olan F-35-lərin Türkiyəyə ABŞ-də narazılıqlara səbəb ola bilər”.
Ayhan
19:00 03.10.2025
Oxunuş sayı: 1587