Belarusdan Azərbaycana kommunal və yanğınsöndürmə texnikası tədarük ediləcək

Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusun Baş naziri Aleksandr Turçinlə görüşünün nəticəsi olaraq Minskdə Belarusun kommunal və yanğınsöndürmə texnikasının Azərbaycana tədarükü ilə bağlı yeni müqavilə imzalanıb.
Bu barədə Crosssmedia.az-a Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Mətbuat xidmətindən məlumat verilib.
Sənədə əsasən, Minsk Avtomobil Zavodu, “POZHSNAB” MMC və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Azərbaycana 80 MAZ markalı kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair üçtərəfli razılığa gəliblər.
Sənədi Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri Xanlar Fətiyev, BELAVTOMAZ holdinqinin idarəedici şirkəti olan MAZ ASC-nin baş direktoru Valeri İvankoviç və POZHSNAB MMC-nin direktoru Oleq Deryabin imzalayıblar.
Qeyd edilib ki, bu sənəd Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 2024-cü ilə qədər uğurla həyata keçirilən avadanlıqların təchizatı layihəsinin davamıdır.
16:50 01.10.2025
Oxunuş sayı: 888