Avropa ölkələri təhlükəsizliyini öz büdcəsi hesabına qorumağa məcburdur - RƏY

Ukraynaya
Rusiya ordusunun intensivləşən müasir dron hücumlarına qarşı silahlar daha çox
lazımdır.
Ukrayna Silahlı Qüvvələrinin Baş
komandanı, ordu generalı, Oleksandr Sirski keçirdiyi mətbuat konfransında
bildirib ki, Ukraynaya Rusiya ordusunun intensivləşən müasir dron hücumlarına
qarşı silahlar daha çox lazımdır.
Baş
komandan Ukrayna ordusuna, cəbhədə vəziyyəti operativ dəyişmək üçün ehtiyac
olan silahların adlarını açıqlayıb. O, düşmənin strateji hərbi mövqelərini məhv
etmək üçün müvafiq raket sistemlərinə daha çox ehtiyac duyulduğunu deyib:
"Düşünürəm ki, bu silahlarla tam
təminat cəbhədə kifayət qədər irəliləyişə səbəb olar".
Buna
baxmayaraq, general söhbətin konkret olaraq hansı silahlardan getdiyini açıqlamayıb.
Məlum
olduğu kimi, Rusiya- Ukrayna müharibəsində vəziyyət kifayət qədər gərgindir. Belə
olan halda silah tədarükü məsələsi üçün rəsmi Kiyev üçün taleyüklü tələbata
çevrilir.
Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Rusiyanın istifadə etdiyi dronların miqyası Ukraynanın hava müdafiəsini tam təmin etməyə imkan vermir: “Bu dronların sayı az deyil, lakin onların vurulması üçün qərarların qəbul edilməsi və silahların çatdırılması uzun zaman tələb edir. Hazırda Ukrayna ərazisinə əsasən İran texnologiyası ilə istehsal olunan “Shahed” tipli dronlar zərbə endirir. Bu dronlar həm ucuz, həm də təsirli olmaqla, Avropada da nadir hallarda rast gəlinir. Son hadisələrdə Polşa hava məkanına 20 Rusiya dronunun daxil olduğu, lakin yalnız dördünün vurula bildiyi bildirilir. Bunun isə bahalı roketlərin hesabına olduğu qeyd olunur”.
Ə.Verdiyev
vurğulayıb ki, Avropa İkinci Dünya Müharibəsindən sonra ordularını məhdudlaşdırmış,
müdafiə xərclərini azaltmışdı: “Lakin hazırda təhlükəsizlik vəziyyəti orduları
yenidən gücləndirməyi tələb edir. ABŞ isə bir tərəfdən geri çəkilərək verdiyi
silahların ödənişini tələb edir, Avropa ölkələri təhlükəsizliyini öz büdcəsi
hesabına qorumağa məcburdur. Beləliklə, Ukraynanın hava müdafiəsi hələ də ciddi
problemlərlə üzləşir və kütləvi dron hücumlarına qarşı dayanıqlı deyil”.
Fidan Quliyeva
22:22 26.09.2025
Oxunuş sayı: 3056