Bakıda 2-ci Azərbaycan Halal Biznes Forumu keçiriləcək

"AZHAB Forum 2025" çərçivəsində İslam Ticarət Palatası Halal Xidmətləri tərəfindən "Halal düşün: Hər bir biznesin bilməli olduğu məsələlər" mövzusunda iki günlük seminar da təşkil olunacaq. Seminarda müxtəlif sahələrdə fəaliyyət göstərən biznes nümayəndələrinə halal biznes modeli, bu sahədə mövcud standartlar və məhsulların beynəlxalq bazarlara çıxışı ilə bağlı məlumat veriləcək, Ekspert Guşəsində isə iştirakçılara halal sertifikatlaşdırma üzrə fərdi məsləhət xidməti göstəriləcək.
Builki forum İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və "Caspian Event Organisers" MMC-nin tərəfdaşlığı, "ATENA" MMC-nin sponsorluğu ilə keçiriləcək.
Qeyd edək ki, ilk AZHAB Forumu 2024-cü ilin oktyabrında keçirilib və tədbirdə Avstraliya, Amerika, Avrasiya və Afrika da daxil olmaqla dünyanın müxtəlif bölgələrindən təqribən 100-ə yaxın olmaqla, ümumilikdə 350 qonaq iştirak edib. İlk AZHAB Forumu İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qətnamə ilə dəstəklənib.
AZHAB Forumu ilə bağlı ətraflı məlumat üçün: https://azhabforum.az
16:15 24.09.2025
Oxunuş sayı: 2079