Avropa dövlətləri Rusiya təhlükəsinə münasibətdə çıxılmaz vəziyyətdədir - RƏY

Avropa dövlətləri Rusiya-Ukrayna müharibəsindən istifadə edərək Rusiyaya ard-arda sanksiyalar tətbiq edir, çökdürməyə çalışır. Müharibə fonunda Rusiya həm ABŞ, həm də Avropa dövlətləri tərəfindən müxtəlif vaxtlarda ağır sanksiyalara məruz qaldı. Şübhəsiz ki, Avropa ABŞ-dən cəsarət alaraq bu addımları atır. Belə ki, Avropa İttifaqının Rusiyaya qarşı 19-cu sanksiya paketinin təqdimatı 17 sentyabr üçün nəzərdə tutulsa da, son anda gündəlikdən çıxarılıb. Çünki Avropa artıq Rusiya ilə daha ehtiyatlı davranır. Bəs bu ümumiyyətlə bu, sanksiyaların təkrarlanmayacağı mənasını verirmi?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Crossmedia.az-a açıqlama verib: “Şübhəsiz ki, Avropa dövlətləri Rusiyanın Polşa və Ruminiyaya hücumlarından sonra məsələyə daha səbirli və ehtiyatlı yanaşır. Amma düşünmürəm ki, bu Rusiyaya növbəti sanksiyaların qarşısını alacaq. ABŞ prezidentinin Avropadan tələbi odur ki, ABŞ-dən Rusiyaya qarşı sanksiya tələb edənlər ilk növbədə özləri bu sanksiyaları həyata keçirməlidir. O baxımdan Avropa Rusiya təhlükəsindən müəyyən qədər ehtiyatlı davranırmış kimi görünsə də ABŞ ilə kordinasiyalı şəkildə bu sanksiyaları tətbiq edəcək. Çünki onlar çıxılmaz vəziyyətdədir. ABŞ də bu dövlətlərin təhlükəsizliyinə tam təminat vermir”.
Ayhan
17:35 16.09.2025
Oxunuş sayı: 745