Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu

Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu
Crossmedia.az xəbər verir ki, o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri vəzifəsinə gətirilib.
Günel Gözəlova bundan əvvəl Azərbaycan Dövlət Televiziyasında aparıcı-redaktor, "Lider TV və Azərbaycan Radiosu" MMC-də reportyor və aparıcı, "Gənclər" redaksiyasının baş redaktoru, "Lider Xəbər" Departamentinin rəis müavini və "Ana Xəbər"in aparıcısı kimi fəaliyyət göstərib.
21:43 23.08.2025
Oxunuş sayı: 855