“Avropa Rusiya-Ukrayna sülhünə və Trampa mane olur” - Ekspert

“Avropa İttifaqı münaqişənin siyasi həllinə qədər Ukraynada tam atəşkəsin əldə olunmasında israrlıdır”, - bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bəyan edib. Rusiya-Ukrayna müharibəsi başlayandan Avropanın mövqeyi Ukraynadan yana olub. Lakin bu dəstəyin kökündə dayanan əsas məqsəd nədən ibarətdir? Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi yoxsa növbəti qurban olmaqdan qorxmaq?
Mövzu ilə bağlı hərbi ekspert Şair Ramaldanov Crossmedia.az-a açıqlama verib:
“Ukrayna Rusiya münaqişəsində atəşkəs ilk gündən bəri əsas mövzu olub. Mən deyərdim ki, bütün münaqişələrdə atəşkəs əsas mövzudur. Amma tərəflərin atəşkəsə uyğun şərtlərlə getməməsi nəticəsində atəşkəs əldə edilmir. Rusiyanın atəşkəsə getməməsi şərtlərinin nədən ibarət olduğu aydındır. Təbii ki, Ukraynanın öz tələbləri, şərtləri var. Bu gün atəşkəsin əldə edilməməsi şərtlərin razılaşdırılmamasından irəli gəlir. Avropa Rusiyanın məğlubiyyətini hər zaman istəyib və hazırda da istəyir. Amma ataların bir sözü var “halva halva deməklə ağız şirin olmur”. Bu gün Rusiyanın Ukraynada getdikcə sürətlə irəliləməsi və yeni ərazilərin işğal edilməsi tək Ukraynanı narahat etmir. Və Ukraynanın bu gün bu narahatlığında və razılaşmadığı şərtlərin irəli sürülməsində Avropanın da təsiri var. Ukrayna-Rusiya tərəfində indiyə qədər dəfələrlə olan atəşkəs görüşləri uğurlu alınmamışdır. Bu gün ABŞ-nin müharibəyə mövqeyinin dəyişməsinə baxmayaraq Avropa bu məsələdə alternativ müxalif mövqe tutaraq Trampın bu prosesdə əldə etdiyi irəliləyişləri sıfırlamaq istəyirlər. Bu gün sülhün bağlanmasına və Trampa mane olan əsas səbəb məhz Avropadır. Avropa bu addımı atarkən Ukraynanı yox özünü düşünür. Rusiyanın Ukraynada işğalını genişləndirməsi Avropanı narahat edən əsas faktordur”.
Ayhan
14:35 18.08.2025
Oxunuş sayı: 848