"Kəpəz"dən növbəti transfer

Transfer çalışmaları çərçivəsində "Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti
məlumat yayıb.
Məlumata görə Braziliyalı müdafiəçi Cefferson Masiel Bentu Gəncə
təmsilçisinə keçib. 22 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Cefferson son olaraq Portuqaliyanın “Portimonense” klubunun
formasını geyinib. Masiel Bentu 2024/2025-ci illər mövsümündə Portiman şəhəri təmsilçisinin
heyətində 14 oyun keçirib.
Qeyd edək ki, "Kəpəz" daha öncə Şakir Seyidov (son
klubu "Sabah"), Pedro Qomes (son klubu "Boavişta",
Portuqaliya), Adama Fofana (son klubu “Adanaspor”, Türkiyə), Otar Aptsiauri
(son klubu "Dinamo", Gürcüstan), Kaçper Rosa (son klubu
"Motor", Polşa), Fərid Nəbiyev (son klubu "Səbail"),
Olavale Onanuqa (son klubu "Bnei Yehuda", İsrail), Vitor Feijaonu
(son klubu "Sentral Kost Mariners", Avstraliya) transfer edib.
22:15 13.08.2025
Oxunuş sayı: 549