"Araz-Naxçıvan"ın futbolçusu: "İnanıram ki, komandamız sabahkı oyunda istəyinə çatacaq”

"Araz-Naxçıvan" "Omoniya" ilə səfər
matçında istəyinə çatacaq.
Crossmedia.az xəbər verir ki, bunu
"Araz-Naxçıvan"ın futbolçusu Çarles Boli UEFA Konfrans Liqasının III
təsnifat mərhələsində “Omoniya”ya (Kipr) qarşı keçiriləcək cavab oyunundan əvvəl
mətbuat konfransında deyib.
Hücumçu Bakıda keçirilən ilk qarşılaşmanı unutduqlarını söyləyib:
“Futbolda belə nəticələr olur. Birinci oyunu unutmuşuq.
Sabahkı matçda daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Düzdür, görüş çətin,
gərgin olacaq, ancaq biz hazırıq".
O, rəqibi yaxşı tanıdığını bildirib:
"Rəqibə qarşı bir neçə dəfə oynamışam. Kiprin ən güclü
komandalarından biridir. Lakin inanıram ki, “Araz-Naxçıvan” sabahkı oyunda istəyinə
çatacaq”.
Qeyd edək ki, “Omoniya" - "Araz-Naxçıvan” matçı
avqustun 14-də, saat 21:00-da Nikosiyada keçiriləcək. Komandalar arasında
Bakıda baş tutan matçda Kipr təmsilçisi 4:0 hesablı qələbə qazanıb.
20:37 13.08.2025
Oxunuş sayı: 705