“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə
Komissiyanın “Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun
videokonfrans formatında növbəti iclası keçirilib. İclasda Azərbaycan
Respublikası Mərkəzi Bankının (AMB), Maliyyə Nazirliyinin, İqtisadiyyat
Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məsul şəxsləri
iştirak edib.
Crossmedia.az xəbər verir ki bu barədə AMB məlumat
yayıb. Məlumata görə iclasda işçi qrupunun cari il üzrə təsdiq edilmiş fəaliyyət
planının icrası istiqamətində I yarımillikdə görülmüş işlər barədə hesabatlar
dinlənilib. Hesabatlar büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığı,
dövlət tənzimlənməsi yükü, monetar azadlıq, Qlobal İnnovasiyalar İndeksi, həmçinin
təbii resursların effektiv idarə edilməsi kimi məsələlərini əhatə edib.
İşçi qrupunun rəhbəri, Mərkəzi Bankın Pul
siyasəti departamentinin direktoru Azər Ələsgərov müzakirələri yekunlaşdıraraq
təsdiq edilmiş fəaliyyət planının icrası istiqamətində işlərin davam etdirilməli
olduğunu bildirib. O, görülmüş işlər barədə məlumatların daha effektiv
kommunikasiyasının zəruriliyi barədə iclas iştirakçıları ilə fikirlərini
bölüşüb.
16:30 30.07.2025
Oxunuş sayı: 1344