Vilayət Eyvazov Astarada vətəndaş qəbulu və sıra baxışı keçirib



Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Astara Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
Crossmedia.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iki gün ərzində nazir 454 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.
Keçirilən sıra baxışında polis orqanlarında xidmət etmək arzusunda olan 297 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 19-u Vətən müharibəsi iştirakçısıdır.
16:13 30.07.2025
Oxunuş sayı: 1283