"150 yaşındakı media qalibiyyət mediasıdır" - RƏY

Azərbaycan Prezidenti İlham Əliyev Milli Mətbuat Günü ilə bağlı bir neçə gün əvvəl media nümayəndələrinə təbrik ünvanlayıb. Ölkə lideri təbrikində Azərbaycan mediasının bu günkü durumu ilə bağlı çox mühüm mesajlar verib. O, jurnalistlərimizin əməyini yüksək qiymətləndirib. Dövlət başçısı, həmçinin qeyd edib ki, Azərbaycan mətbuatının müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca istiqamətlərindən biridir.
Məlum olduğu kimi, mətbuat istənilən cəmiyyətin əsas sütunlarından biri olmaqla "IV hakimiyyət", "cəmiyyətin güzgüsü" funksiyalarını yerinə yetirir.
Azərbaycan jurnalistikasının mövcud durumu və perspektivləri barədə Crossmedia.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli 150 yaşındakı medianı qalibiyyət mediası adlandırıb: "44 gün ərzində Azərbaycan mətbuatı əslində ciddi bir data formalaşdırdı. Qeyd etmək lazımdır ki, Azərbaycana mediasının xəbər, təhlil və eyni zamanda sosial mahiyyəti təəssüf ki, məğlubiyyət əsaslı həyat tərzinə uyğun formalaşmışdı. Bunu mən bu cür ifadə edərdim ki, indiki, 150 yaşındakı media qalibiyyət mediasıdır. Bu qalibiyyət mediasını qalib media edən ölkənin müzəffər Ali Baş Komandanıdır. Onun zəfəri əsasında 300 illik məğlubiyyət dönəminin 150 illiyinə tuş gəlmiş mediası artıq qalibiyyət mediası hesab olunur. Sosial həyatımız qalibiyyət əsaslı informasiya məkanı üzrə təhlillərə məruz qaldıqca medianında demək olar funksiyası, forması yanaşması, ideoloji vs nə qədər deyilsədə medianın xəbər çatdırmaqdan başqa heç bir vəzifəsi olmamalıdır, lakin bu belə deyil. Müasir beynəlxalq münasibətlər fərqli bir informasiya mühiti diqtə edir burda informasiya təhlükəsizliyi var, dövlətin maraqları var".
Siyasi şərhçi həmçinin əlavə edib ki, əldə olunan qalibiyyətin qorunması həm də onun yaratdığı yeni siyasi mühitin regional formada aşılanmasına ciddi ehtiyyac olduğunu vurğulayıb: "150 illik medianın adı budur və 44 günlük savaşda cənab Prezidentin qalibiyyətinin tərənnümü post müharibə dönəmində isə onun hüquqiləşməsi və leqallaşması yolunda mühüm addımlar atdı".
Elmir Heydərli
12:23 24.07.2025
Oxunuş sayı: 1783