"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikat verilib

"APA Media Group"un layihəsi olan "APA Jurnalist Məktəbi"nin növbəti məzunlarına sertifikatlar təqdim edilməsi mərasimi keçirilib.
"APA Jurnalist Məktəbi"nin rəhbəri Qabil Abbasoğlu məzunları təbrik edib.
Bu barədə Crossmedia.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid APA Jurnalist Məktəbinin təlimlərini bitirən gənclərin həyatlarını jurnalistikaya həsr edəcəklərinə inandığını bildirib.
"APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı deyib ki, birinci təlimi bitirən 15 nəfərdən çox məzun artıq media sahəsində çalışır.
“Birinci təlim üçün 220, ikinci təlimlə bağlı isə 180 CV daxil oldu. İlk təlimi 22 nəfər, bu dəfəki təlimi isə 18 nəfər bitirir. Bu tələbələrdən ümumilikdə 10 nəfəri APA-da, 6 nəfər isə başqa media qurumlarında çalışır. Vaxtaşırı başqa həmkarlarım da kadr bankları üçün bizim məzunlarla maraqlanırlar".
"APA Media Group"un Baş redaktoru Nurşən Quliyev APA Jurnalist Məktəbinin uğurlu nəticələrinin olduğunu bildirib.
23:39 18.07.2025
Oxunuş sayı: 532