“Rusiya, gücünün bitdiyini düşünənlərə güclü bir mesaj verdi”

Rusiya-Ukrayna müharibəsinin gedişatı və tərəflərin mövqeləri dəyişsə də, Rusiya tərəfi zaman-zaman “öz məqsədlərindən geri çəkilməyəcək” kimi sərt bəyanatlarla çıxış edir. Bu cür açıqlamalar həm müharibənin nə qədər uzana biləcəyi, həm də Rusiya Federasiyasının real imkanları və strategiyası ilə bağlı bir sıra sualları gündəmə gətirir. Belə olan halda haqlı olaraq sual yaranır: Rusiya doğrudan da geri çəkilməyəcək qədər gücə sahibdirmi, yoxsa bu mövqe daha çox siyasi ritorikadan ibarətdir?
Mövzu ilə bağlı Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Crossmedia.az-a açıqlama verib:
“Dünya mediasında Rusiyanın zəiflədiyi və Ukrayna qarşısında dura bilmədiyi haqda məlumatlar yayılmışdı. Amma bu gecə həmin o iddialara cavab olaraq Rusiya raketlər və yüzlərlə dronla Ukrayna üzərinə hücuma keçib və Kiyev kimi böyük şəhəri darmadağın edib. O baxımdan Rusiyanın gücünün bitdiyini düşünənlərə də güclü bir mesaj vermiş oldu. Müharibənin bitməsinə hər iki tərəf maraqlı olsa da “hansı şərtlərlə bitəcək?” məsələsi problem olaraq qalmaqdadır”.
Ayhan
16:32 04.07.2025
Oxunuş sayı: 989