"Ermənistan cəmiyyətində Rusiyaya ümidlər azalır" - Ekspert

Ermənistan Milli Assambleyasının hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Xaçatur Sukiasyanın Rusiyaya girişinə qadağa qoyulub. Rusiya Federal Təhlükəsizlik Xidməti onu ölkədən qanunsuz almaz çıxarılması ilə bağlı istintaqda adı hallanan şəxslərdən biri kimi təqdim edib. FSB iddia edir ki, oğurlanmış almazlar Ermənistandakı ADM Diamonds şirkətinə çatdırılıb və Sukiasyan bu şirkətin benefisiarıdır. Deputat və adıçəkilən şirkət isə ittihamları rədd edir, yayılan məlumatları dezinformasiya adlandırırlar. Hadisə Moskva ilə İrəvan arasında münasibətlərin gərgin olduğu bir dövrə təsadüf edir.
Mövzu ilə bağlı Politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-a açıqlama verib.
O, sözlərinə, Rusiya hakimiyyətinin Ermənistan hakim "Mülki Müqavilə" partiyasının deputatının ölkəyə girişinə qadağası qoymasının Moskva ilə İrəvan arasında siyasi böhranın dərinləşməsindən xəbər verdiyini qeys edərək başlayıb: "Bu addım Rusiyanın Ermənistan baş naziri Nikol Paşinyan hökumətinə qarşı mənfi münasibətindən qaynaqlanır. Həmin deputatın Rusiya əleyhinə ritorikası onu hədəfə çevirib. Görünür, həmin deputat anti-Rusiya ritorikalarıyla daha çox gündəmə gəlir və parlamentdə Moskvaya qarşı əks mövqe sərgiləyir”.
Politoloq vurğulayıb ki, bu hal digər deputatlara da şamil oluna bilər və eyni zamanda Paşinyana ünvanlanan siyasi mesajdır: "Hazırda Ermənistanda seçkilər ərəfəsində Rusiya daha çox müxalifətə dəstək verir. Tanınmış biznesmen Karapetyanın həbsi də Moskvanın narahatlığına səbəb olub. Bu cür hadisələr Rusiyanın Paşinyan hökumətinə qarşı daha sərt mövqe tutmasına zəmin yaradır.
Bu, Ermənistan hakimiyyətinə ciddi bir xəbərdarlıqdır və ehtimal ki, gələcəkdə iqtisadi sahədə də müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Ermənistan cəmiyyətində də artıq Rusiyaya olan ümidlər azalmaqdadır".
Fatimə Nəbiyeva
17:36 01.07.2025
Oxunuş sayı: 679