Xarici xəbərlər

Gallup International şirkəti Ermənistanla bağlı araşdırma aparıb

Gallup International şirkətinin Ermənistanda apardığı son araşdırmaya əsasən, Ermənistan vətəndaşlarının təxminən 60%-i Baş nazir Nikol Paşinyanın fəaliyyətindən narazıdır.

Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.

Araşdırma oktyabr ayının sonunda telefon vasitəsilə keçirilib və 1100 nəfər respondent iştirak edib. "Baş nazir Nikol Paşinyanın işini necə qiymətləndirirsiniz?" sualına cavablar belə olub:

14,1% - tamamilə müsbət,

20,4% - daha çox müsbət,

16,1% - daha çox mənfi,

41,5% - tamamilə mənfi,

7,9% - cavab verməkdə çətinlik çəkib. 

 

Emil Bağızadə

13:37 05.11.2024

Oxunuş sayı: 3642

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR