İsrail-İran müharibəsi yenidən başlayacaq? - Putin "yox" dedi, ekspert isə...

Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Forumunun plenar sessiyasında çıxış edərək bildirib ki, Yaxın Şərqdə vəziyyət sabitləşir, İsrail–İran münaqişəsi artıq geridə qaldı”. O vurğulayıb ki, may ayında Rusiyanın İrana sərbəst ticarət sazişinin qüvvəyə minməsi bu prosesin göstəricisidir.
Bir çoxu düşünür ki, Yaxın Şərqdə vəziyyət yenidən gərginləşə bilər. Hətta mövcud durumun daha geniş eskalasiyaya səbəb ola biləcəyini düşünənlər. Bəs reallıqda vəziyyət necədir?
Bu barədə Crossmedia.az-a danışan pollitoloq Məhəmməd Əsədullazadə bildirib ki, İsrailin İrana qarşı müharibəsi, ilk növbədə ABŞ-nin rəsmi Tehrana müdaxiləsi idi.
O söyləyib ki, bu proseslər göstərdi ki, İran gücsüzdür və eyni zamanda Rusiya da burada geopolitik, siyasi və geosiyasi maraqlarının təhdid altında olduğunu hiss edir: "Təbii ki, İranla Rusiya strateji tərəfdaşdır və artıq İranla İsrail arasında da, ABŞ-nin vasitəçiliyi ilə, bir növ atəşkəs əldə olunub, hazırda ciddi şəkildə nüvə danışıqları aparılır və müəyyən razılaşmaların əldə olunması da mümkündür. Çünki ABŞ İranın nüvə proqramından imtina etməsi üçün 30 milyard dollar vəsait ayırmaq niyyətindədir. Proseslər hələ də davam edir və danışıqlar əsasən diplomatik müstəvidə aparılır”.
Onun fikrincə, Kreml də çalışır ki, bu prosesdən kənarda qalmasın və Rusiyanın regionda siyasi-iqtisadi maraqlarını təmin etsin: "Putin öz ölkəsinin siyasi maraqları çərçivəsində bu mövqeyi ortaya qoyur və bu istiqamətdə açıqlamalar verir. Eyni zamanda, Rusiya çalışacaq ki, bu məsələdə müəyyən dərəcədə neytrallığını qorusun, lakin İranla strateji tərəfdaşlığı – həm iqtisadi, həm də hərbi-texniki sahədə – inkişaf etdirməyə də xüsusi önəm verəcək”.
Fidan Qarayeva
22:10 29.06.2025
Oxunuş sayı: 958