Xarici xəbərlər

“Gürcü arzusu”nun seçkiləri oğurlanıb

“Birlik – Milli Hərəkat”ın lideri Giorgi Vaşadze bildirib ki, onların yekun qələbəyə aparacaq dəqiq fəaliyyət planı var. O, təşkil etdikləri aksiyanın birgə səy olduğunu və hər kəsin iştirakının vacib olduğunu vurğulayıb. 

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün saat 17:00-da Vokzalnaya meydanından Rustaveli prospektinə qədər yürüş olacaq və həmin yürüşdə aksiyanın məqsədi açıqlanacaq. O əlavə edib ki, daha sonra yaxın günlərdə etirazın formaları barədə də danışacaqlar.
Lider, saat 19:00-da Rustavelidə insanları onlara qoşulmağa çağıraraq, bu günün vacibliyini vurğulayıb, yeni seçkilərin keçirilməsini tələb edərək, “Gürcü arzusu”nun seçkiləri oğurladığını və bunun artıq sübuta yetirildiyini bildirib.

Qeyd edək ki, Vaşadze ölkənin gələcəyi üçün hər kəsin ortaq məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Gültac Mehdizadə

12:35 04.11.2024

Oxunuş sayı: 3722

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR