Fazil Novruzov: "Media əlilliyi olan şəxslər üçün də əlçatan olmalıdır"

Media, xüsusən audiovizual media hamı üçün əlçatan olmalıdır.
Crossmedia.az xəbər verir ki, bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov "Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanda insan hüquqları və azadlıqları əsas prioritet sahələrdən biridir.
Aparat rəhbəri əlavə edib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna dəyişiklik bir çox qurumların da birgə fəaliyyəti üçün zəmin yaratdı:
"Bu dəyişiklik artıq zamanın tələbi idi. Media sahəsində son illər aparılan sistemli islahatlar əlilliyi olan şəxslərdən kənara çıxa bilməzdi. Bu şəxslərin hüquqlarının qorunması eyni zamanda insan hüquqlarının birbaşa tətbiqidir".
F.Novuzov qeyd edib ki, işarət dili və ya əlilliyi olan şəxslər üçün informasiyanın əlçatan olması dövlət və ictimai yayımçıları üçün məcburidir, lakin özəl yayımçılar üçün belə deyil:
"Dünya təcrübəsinə əsasən, demək olar ki, bütün yayımçılar cəmiyyətin hər bir üzvünə hörmət göstərmək məqsədilə informasiyaya əlçatanlığı təmin edirlər".(report)
11:08 17.06.2025
Oxunuş sayı: 872