Rusiya seçim qarşısında: Vasitəçi olacaq, yoxsa İrana dəstək verəcək?

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Yaxın Şərqdəki böhranın əsas səbəblərinin aradan qaldırılmasını dəstəkləyir və İsrail ilə İran arasında münaqişənin sülh yolu ilə həlli üçün hər cür səy göstərməyə hazırdır.Peskovun sözlərinə görə, Rusiya regionda gərginliyin artmasına səbəb olan addımları pisləyir və İsrailin bombardmanları fonunda İranda cəmiyyətin daha da konsolidasiyasını müşahidə edir.
Davam edən savaşla bağlı Rusiyanın iki alternativi var: Ya İrana dəstək verməli, ya vasitəçi olmalıdır. Mümkün variantlar barədə Crossmedia.az-a danışan politoloq İlqar Vəlizadə deyib ki, İran müharibədə Rusiyaya dolayı yolla dəstək verdiyi kimi, indi eyni ritorikanı rəsmi Moskva təkrarlaya bilər: "Bu, daha çox kəşfiyyat xarakterli ola bilər. Həmçinin Rusiya Atom Elektrik Stansiyası layihəsinin davam etdirilməsində maraqlıdır. Bu baxımdan Rusiyanın İrana texniki dəsək verməsi də mümkündür. Amma birbaşa hərbi dəstəkdən söhbət gedə bilməz. Rusiya, bəlkə də, nəzəri baxımından vasitəçi ola bilər. Amma hər iki tərəf , xüsusilə də İsrail hazırda bundan qaçır. Odur ki, Moskvanın vasitəçiliyinin yaxın zamanda mümkün olacağını düşünmürəm".
Fatimə Məmmədova
15:05 16.06.2025
Oxunuş sayı: 1077