Gömrük Komitəsinin şöbə rəisi 8 il 6 ay müddətə azadlıqdan məhrum edildi

Rüşvət müqabilində qanunsuz olaraq avtomobil idxalını həyata keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tranzit Şöbəsinin rəisi Anar Aslanovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Crossmedia.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2. (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilib.
16:09 12.06.2025
Oxunuş sayı: 831