“Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim keçirilib





Jurnalistlər üçün “Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim təşkil edilib.
BMT Müxbirlər Assosiasiyasının üzvü olan təlimçi Stefano Vaccara və Jordan Dakamseh azərbaycanlı jurnalistlərlə öz təcrübələrini bölüşməklə yanaşı, texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə dezinformasiya və misinformasiya ilə mübarizə aparma yollarından bəhs ediblər.
Onlar həmçinin jurnalistikada neytrallığın obyektivliklə eyniyyət təşkil etmədiyini vurğulayaraq obyektivliyin jurnalistikanın sütununu təşkil etdiyini vurğulayıblar.
Təlim çərçivəsində sosial media platformaları vasitəsilə sürətlə yayılan yalan xəbərlərin qarşısını almaq üçün media savadlılığının məktəblərdə tədris proqramına əlavə edilməsinin önəminə də diqqət çəkilib.
18:30 10.06.2025
Oxunuş sayı: 1298